Ramiz Əzizbəylinin sağlıq durumu və ən son FOTOLARI
Tarix: 20-06-2018, 13:31



Xalq artisti, rejissor Ramiz Həsənoğlu özünün şəxsi “facebook” hesabında həmkarı Ramiz Əzizbəyli ilə görüşdən fotolar paylaşıb.

Moderator.az-ın məlumatına görə, sevindirici haldır ki, Xalq artisti, rejissor-aktyor Ramiz Əzizbəyli son fotolarda, eləcə də görüşdə iştirak edən sənətçilərin təəssüratlarındə çox yaxşı görünür.

Ramiz Həsənoğlu görüş barəsində bunları yazıb:

“Bu gün Ramiz Əzizbəylinin qonağı olduq. Təsadüf elə gətirdi ki, biz içəri daxil olanda, Mədəniyyət kanalında “Mürafiə vəkilləri” telefilmi göstərilirdi. Baş rolda da Ramiz Əzizbəyli... Gözəl sənətkarımıza can sağlığı arzulayırıq”.

Qeyd edək ki,  bir neçə il bundan əvvəl uğradığı avtomobil qəzasından sonra aktyorun səhhətində ciddi dəyişikliklər baş verdi. Ondan sonra başqa xəstəliklə də mübarizə aparmalı olan aktyor uzun müddətdir ki, bu səbəbdən sənətdən uzaqlaşıb. Aktyorun tezliklə tam sağalıb, sənətə qayıtmasını arzulayırıq.








Paylaş: