Emiliya Klark "Taxt oyunu" serialından gedir
Tarix: 20-06-2018, 13:02




Məşhur “Taxt oyunu” serialının ulduzu, aktrisa Emiliya Klark layihənin 8-ci mövsümün bitməsi haqda yazıb.
 
“Taxt oyunu” ilə səyahət bitdi. Arzulamağa belə ürək eləmədiyim həyat üçün təşəkkür edirəm”, – deyə Klark sosial şəbəkədə yazıb.
 
Xatırladaq ki, serial Corc Martinin “Buzun və alovun nəğməsi” kitabı əsasında çəkilib. Layihənin ilk mövsümü 2011-ci ildə yayımlanıb. Son bölümlərin 2019-cu ildə təqdim olunması nəzərdə tutulur.

Paylaş: