Otel otağında eks sevgilisi tərəfindən güllələnən aktyorun məzarı boş qaldı
Tarix: 19-06-2018, 12:29



Ötən il otel otağında vurularaq həyatını itirən aktyor Vatan Şaşmazın məzarını "Atalar günü"ndə heç kim ziyarət etməyib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, eks sevgilisi tərəfindən otel otağında güllələnən aktyorun məzarına həyat yoldaşı Yasemin Adalı baş çəkməyib. Onun məzarının üzərindəki qurumuş tək gülü isə anasının bayramda qoyduğu öyrənilib.

Qeyd edək ki, V.Şaşmaz öldürülərkən həyat yoldaşı hamilə olub. Cütlüyün övladı bu ilin fevralında dünyaya gəlib. "Atalar günü"ndə gözlər aktyorun həyat yoldaşı Yaseminin Vatnın məzarı başında axtarsa da o, gəlməyib. Yaseminin 2 aydır ki, Vatanın qəbrinin üzərinə gəlmədiyi bildirilir. Məlumata görə, Y.Adalı Vaniköy Andiçen Evlerindəki boğaz mənzərəli lüks evindən başqa yerə köçüb.


Otel otağında eks sevgilisi tərəfindən güllələnən aktyorun məzarı boş qaldı - ÜRƏKPARÇALAYAN FOTO

Paylaş: