Məşhur amerikalı reper öldürülüb
Tarix: 19-06-2018, 09:37



Ötən gün ABŞ-ın Florida ştatında 20 yaşlı reper “XXXTentacion” vəfat edib.
Ölümcül güllə yarası almış reper xəstəxanada komaya düşdükdən bir müddət sonra keçinib.
Minval.info xəbər verir ki, Florida ştatının Broudard polis idarəsi əsl adı Casey Dueyn Onfroy olan reperin qətlinin təfərrüatını açıqlayıb.
Hüquq mühafizə orqanlarının məlumatına görə, reperə küçədə iki silahlı şəxs hücum edib, onlardan biri tapançadan atəş açıb. Reperi ağır yaraladıqdan sonra cinayətkarlar onun bahalı “Louis Vuitton” brendindən olan çantasını oğurlayıb və avtomobilinə minərək aradan çıxıb. Müstəntiqlər cinayətin qarət məqsədilə törədildiyini ehtimal edir.
Digər bir ehtimala görə, hadisə sifariş əsasında baş verib. Onlar sadəcə çanta və avtomobili oğurlamaqla iz azdırmaq niyyətindədirlər. Heç kim belə bir məşhur reperi çanta və dəyərsiz qiymətə satacağı avtomobilə görə öldürməz.
İstintaq davam edir. Hüquq mühafizə orqanları hadisənin şahidlərini tapmağa çalışır.
Qeyd edək ki, “XXXTentacion”ın debüt albomu 2017-ci ilin avqust ayında işıq üzü görüb və “Billboard 200” çartında ikinci yeri tutub.

Paylaş: