Əlikram Bayramov: "Gərək üzümü dartdırardım, krem vurardım..."
Tarix: 15-06-2018, 17:40



Müğənni Əlikram Bayramov "5/5" verilişində maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, Ə.Bayramov aparıcı Zaur Kamalın “Əlikram "Arvaddan qorxursan? Üzündə nəsə dəyişiklik etmisən" sualına belə cavab verib:
 
"Efirdə o qədər sual verirlər ki, məni arvaddan qorxan kimi tanıyırlar. Gərək hər şeyi edim ki, aparıcılar mənə verməyə sual tapmasınlar. Mənə həmişə deyirlər ki, Zaura niyə cavab vermirsən. Şou yaradır, nə cavab verim? Vaxtında evə gedib, gələn adamam, niyə məni qısqansın? Xanımıza hörmət edir, ondan qorxmuruq. Üzümə nəsə vurmamışam. Üzümü dartdırmamışam. Amma gərək dartdırardım, krem vurardım, belə suallar verəndə yandırmazdı məni".

Paylaş: