Cem Yılmaz keçmiş sevgilisinə qayıtdı - foto
Tarix: 25-07-2017, 09:38



Aktyor Cem Yılmaz təhqirlər səbəbindən İnstaqram hesabını bağlasa da, yumoristin yeni fotoları yayılıb. 

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyorun şəkillərini keçmiş sevgilisi Özge Sabuncu şəxsi hesabında paylaşıb. Cütlük şəkillərini fotoşopla əyləncəli hala gətirib. Cemle Özgenin birlikdə olması onların yenidən eşq yaşamağa başlamaları ilə bağlı şübhələrə səbəb olub. 

Xatırladaq ki, İnstaqramda 2 milyon, Tvitterdə 12 milyon 800 min nəfər izləyicisi olan Cem “Şərhlərin mənə yaşatdığı narahatlıq səbəbindən bu macəraları buraxıram” deyərək hesablarını bağlamışdı. 
\



Paylaş: