"Kinonun inkişafına dair dövlət proqramı alabəzək icra olundu"
Tarix: 15-06-2018, 09:00



Son illər Azərbaycanda kinosənayenin durumu ilə bağlı yalnız neqativ fikirlər söylənir. 

Moderator.az-a açıqlama verən rejissor Asif Rüstəmov kinonun inkişafına dair dövlət proqramının tam icra olunmadığından narazılığını bildirib: 

“Azərbaycanda kino sənayesi bərbad vəziyyətdədir. Proqram şəklində inkişaf edə bilmir. Prezident kinonun inkişafına dair çox gözəl 10 illik dövlət proqramı imzalamışdı.  Bu proqramda xeyli əhəmiyyətli müddəlara yer almışdı. Təəssüf ki, kinonun inkişafına dair dövlət proqramı tam icra olunmadı, alabəzək icra olundu. Ən vacib hissəsi, təxminən 50 faizi icra olunmadı. “Eurimage”ə üzvlük, özəl “production”larla işin qurulması və s. məsələlər icradan kənarda qaldı”.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə 3 il öncə “Axınla aşağı” filmini lentə alan rejissor kinostudiya xətti ilə film çəkməyi “sadomazoxist akt” adlandırıb. Rejissor özəl sektorun kinoya sponsorluq etməməsini də kinosənayenin zəif olması və bu sahədə işlərin görülməməsilə əsaslandırıb:

“Azərbaycanda kino sahəsini düzəltmək istəyən yoxdur. Mən beləsini tanımıram. Olsaydı görərdik. Ona görə də məram yoxdur, özəl sektor da kinoya pul qoymaq istəmir. Azərbaycanda kino heç kəsə lazım deyil".

Paylaş: