Məşhur müğənniyə təcavüz etdilər
Tarix: 14-06-2018, 16:53



ABŞ-lı pop ifaçısı Keşa keçmiş musiqi prodüseri Dr. Lyukun ona təcavüz etdiyini deyərək məsələni 2014-cü ildə hakim qarşısına çıxarmışdı. Hadisə ilə bağlı keçən ay Nyu-Yorkda məhkəmə təşkil olunub. Məhkəmədə  təqdim olunan sənədlər arasında Keşanın Ledi Qaqaya yazdığı mesajda Lyukun Keti Perriyə də təcavüz etdiyi ilə bağlı məktub olub.
44 yaşlı Dr. Lyuk tərəfindən məhkəməyə verilən sənəddə isə “2016-cı ildə Keşanın Ledi Qaqaya atdığı mesajda ona təcavüz etməyimlə bağlı əsassız iddia olub. Bundan əlavə guya Keti Perriyə də təcavüz etmişəm. Bundan sonra Qaqa mənim haqqımda pis təəssürat yaratmaq üçün qaralama kampaniyası başladıb. Daha əvvəl də Ledi Qaqa ilə Keşa arasında olan mesajlaşma gündəmə gəlmişdi, amma orada Keşadan başqa bir qadına qarşı təcavüz hadisəsi yazılmamışdı”
Digər tərəfdən bir neçə ildir Dr. Lyuk ilə birlikdə işləməyən Keti Perri “New  York Times”a verdiyi açıqlamasında “niyə birlikdə işləmirsiniz?”  sualına “yuvadan ayrılmaq məcburiyyətindəyəm” deyərək cavab verib.
Sözügedən hadisə ilə bağlı nə Keti Perri, nə də Ledi Qaqa açıqlama verməyib.

Paylaş: