Dünya ulduzlarının konsert biletləri müftə paylandı - RƏZALƏT
Tarix: 14-06-2018, 16:33



Dünya turuna çıxan Beyonse ilə Cey-Zinin biletləri müftə paylanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlüyün Şotlandiyadakı "On the Run 2” adlı konserti gözlənildiyi kimi keçməyib.
“Daily Mail” qəzetinin xəbərinə görə, Qlazqo şəhərindəki stadionuna kifayət qədər tamaşaçı gəlməyəcəyini görən konsert təşkilatçıları avtomobil dayanacağında insanlara minlərlə bileti pulsuz paylayıb.
Şahidlərin ifadələrinə görə, təşkilatçılar konsertdə stadionun boş qalmaması üçün ucuz bilet alanlara ön sıralarda oturmağına icazə verib.
Konsertin bilet qiymətləri 150 və 1500 manat arasında dəyişib.

Paylaş: