Kərimi hədələdilər: “Səni harada tutsam…” - İşə polis qarışdı
Tarix: 14-06-2018, 11:17



Müğənni Kərim ARB-nin “Səhər-səhər” verilişində bir qrup şəxs tərəfindən söyülüb, hədələndiyini bildirib.
Yenicag.az xəbər verir ki, müğənni həmin şəxsləri polisə verdiyini deyib:
“Mən gözəl rəqs etməyi sevirəm, bu mənim hobbimdir. Rəqsimi sosial şəbəkədə paylaşdım, 280-dən artıq gözəl rəylər yazdılar. Amma bir nəfər yazdı ki, “Belə-belə olmuş, harada səni tutsam…” Mən həmin şəxsə yazıb nömrəmi qoydum ki, gəl bunları üzümə de. O adam yoxa çıxdı. Sonra İnstaqram səhifəmdə elan etdim ki, 102 xidmətinə zəng edib, həmin adamı polisə verəcəm. O şəxsin dostları başladılar qrup şəklində məni söyməyə, hədə-qorxu gəlməyə. Hətta mənə xoş sözlər yazan xanımları da təhqir etdilər. Mən də ərizə ilə polisə müraciət etdim”.

VİDEO BURADA​​​

Paylaş: