" Heç vaxt kütlə arxasınca getməmişəm" - Sevinc Musayeva
Tarix: 13-06-2018, 12:11



Müğənni Sevinc Musayeva iddialı açıqlamaları ilə “Muz life”nin qonağı olub.

UlduzumSan.Az xəbər verir ki, uzun müddətdir efirdən uzaq düşən ifaçı izləyici kütləsinin arxasınca düşmədiyini açıqlayıb:


“Sənətdə elə hadisələr baş verir və elə ifalar kütlə tərəfindən sevilir ki, zövqsüz mahnılar oxumaq istəmirəm. Heç vaxt kütlə arxasınca getməmişəm. Hələ ki, sənətimdə bir az susqunluqdur”.


“İll
ərini sənətə həsr etdiyini” deyən ifaçı zövqsüz mahnıların sevilməsində günahın tamaşaçıda olduğunu deyib:

“Zövqsüz mahnıları ifa edənlərin gündəmdə olmasının səbəbi kütlənin özüdür. Kütlə sözü küt sözündəəmələ gəlir. İzləyici özü onları “ulduz” edir. İllərimi sənətə sərf elədim, not öyrəndim. Ancaq hələ də onların hansı tonda oxuduğunu anlamıram”.

Paylaş: