Trampdan Robert de Niroya: “Oyan sərxoş…”
Tarix: 13-06-2018, 10:18



ABŞ prezidenti Donald Tramp, 72-ci “Tony” mükafatlandırma gecəsində onu söyən məşhur aktyor Robert de Niroya cavab verib.
O, “Twitter” hesabından aktyorun onu təhqir etməsinə “Robert de Niro IQ-sü çox aşağı olan biridir. Yəqin ki, filmlərində boksçulardan daha çox yumruq yeyib. Dünən onu izlədim və həqiqətən o an sərxoş olduğunu düşünürəm. Hər halda iqtisadiyyatın hər zamankindən daha yaxşı vəziyyətdə olduğunu bilmir. Oyan sərxoş!” –  deyə münasibət bildirib.
Məlumat üçün bildirək ki, aktyor, mükafatlandırma gecəsində səhnəyə çıxaraq “F… Tramp” deyərək Donald Trampı söymüşdü.
Prime-Time

Paylaş: