Cavidandan Roza və Hüseynə: ""Maşın" şounun məşhur ana-balası..."
Tarix: 12-06-2018, 12:24



Aktyor Cavidan Novruz "Maşın" realiti şousunda iştakçı olan Roza Zərgərli və Hüseyn Əzizoğlunu sərt tənqid edib. 
UlduzumSan.Az-ın məlumatına görə, aktyor bu haqda sosail şəbəkədə yazıb: "Murad müəllim, sizi həmişə diqqətlə müşahidə edirdim! Siz bilirsiz kim düz danışır və kim yalan... Kimin sözünü kəsib yarıda ağzında saxlamağı və kimi necə susdurmaq lazımdırsa, gözəl bilirsiz... Respublikanın məşhur ana-balası, atanız da getdi, oturun oyununuzu oynayın. Hamı da sizə tamaşa edir və yazırlar. Siz mənim yox, bu millətin ağzını yumun və səhv tutun görüm bacaracaqsınız?
Mən hazıram və kimin də qarşısına çıxmaq lazımdır baş üstə, hər kəsə veriləcək cavabım var. Lazım gələr üzünə yox, çiyinlərindən hoppanıb qulaqlarına da deyərəm. Onu da vurğulayım ki, bu qədər yazıların içində hamı rəy yazdı. Gördüm ki, bircə nəfər Hüseynin tərəfini saxlayır. O da xalası Aynurə xanımdır. Sonra yenə başqa bir səhifədə kimsə ünvanıma təhqirlər yazıb. Anladım ki, yenə də Aynurə xanımdır. Nəysə, daha sözüm yoxdur. Heç olmasa sakit dayana da bilərdiniz. Siz mənim başımı buraxın. Mənimlə işiniz olmasın, faktdan danışıram.
Xüsusi ilə qeyd edim ki, "Maşın" şouda heç vaxt arada qalmadım. Şouda olarkən Hüseynin "mamasına" da dedim ki, Hüseynə məsləhət verin. Düzgün adamlarla qruplaşmır. Orada dostum Abbasvə Pərvin olub. Allaha çox şükür normal adam kimi çıxdıq, hərəmiz bir ana tapıb çıxmadıq".

Paylaş: