46 yaşlı əməkdar artistin son halı görənləri təəccübləndirdi
Tarix: 11-06-2018, 17:40



"Zaurla Günaydın" verilişində qonaq olan əməkdar artist Rafael İsgəndərovun xarici görünüşündəki dəyişiklik tamaşaçıların diqqətindən qaçmayıb.

Sosial şəbəkədə ünvanına cavanlaşdığı barədə şərhlər yazılan 46 yaşlı aktyor belə görünməyinin səbəbini açıqlayıb.

Rafael İsgəndərov 10 kiloqram arıqladığını bildirib:

"Vallah, bilməzdim mənim arıqlamağım xarici görünüşümə bu qədər təsir edəcək. Boyum 1.64 sm-dır. Düz 10 kilo arıqladım. 10 kilonun mənim boyda adam üçün böyük təsiri var". 

Qeyd edək ki, aktyor sözügedən proqrama bloqer oğlu Fuadla qatılıb.
mənbə: milli.az

46 yaşlı əməkdar artistin son halı görənləri təəccübləndirdi - FOTO
46 yaşlı əməkdar artistin son halı görənləri təəccübləndirdi - FOTO

Paylaş: