Gülər Əhmədova efirə qayıtdı: Veriliş aparacaq
Tarix: 11-06-2018, 17:32



Sabiq deputat Gülər Əhmədova “Lider” kanalında veriliş aparacaq.
Kult.az xəbər verir ki, keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.
Sabiq millət vəkili Kult.az-a açıqlamasında verilişlə bağlı bütün detalları Lider TV-nin yayacağını söylədi.
Lider TV-nin mətbuat katibi Sədan Bünyadova məlumatı təsdiqlədi və bildirdi ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil:
"Hazırda verilişin anonsları hazırlanır".
Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib.

Paylaş: