“Ufak Tefek Cinayetler”in əsas qəhrəmanı sərvət qazanacaq
Tarix: 11-06-2018, 16:13



“Ufak Tefek Cinayetler”də Oya xarakterini canlandıran aktrisa Gökçe Bahadırın yeni mövsümdə alacağı qonorarın miqdarının artırıldığı iddia edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial müqaviləsini yeniləyən Gökçe Bahadır yeni mövsümdə bir seriya üçün 60 min TL (təxminən 30 min manat) qazanacaq.
Ekran işinin mövsüm finalında dənizdən çıxan qadın cəsədinin Elif, ilk seriyadan pəncərədən atılan şəxsin isə Edip olduğu ortaya çıxıb. Serial qəhrəmanları arasında qatilin kimliyi ikinci mövsümündə bəlli olacaq.

Paylaş: