“Oğlunun böyüdüyünü qəzetlərdən görür” - Günay
Tarix: 24-07-2017, 13:48


Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu ilə Bodrumda istirahət edir. 
“Qafqazinfo” Posta qəzetinə istinadən xəbər verir ki, Musayeva 5 yaşlı oğlu Cihangirlə birlikdə Bodrumda görüntülənib.
Günay istirahətdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Məşhur model eks-əri Tolqa Karel barədə açıqlama verib. 
“Tolqa oğlumu axtarmır, görüşmür. Yəqin ki, oğlunun böyüdüyünü qəzetlərdən görür”, deyə Günay bildirib. 
Xatırladaq ki, Günayla Tolqa 2011-ci ildə evlənib, 4 il sonra boşanıblar.  
Karel daha sonra Sarah Scotti ilə nikah bağlayıb və Mia adlı qızı dünyaya gəlib. 

---







Paylaş: