Nişanlandığı deyilən Vüsalədən AÇIQLAMA
Tarix: 11-06-2018, 12:35



Deyilənlərə görə, aparıcı Vüsalə Kərimova nikah masasına əyləşəcək. Bu dedi-qoduların yayılmasına səbəb aparıcının xoncada "V" və "İ" hərflərinin nişan üzüklərinə bağlanmış şəkli sosial şəbəkələrdə paylaşmasıdır.
UlduzumSan.Az bildirir ki, açıqlama verən aparıcı bunları deyib: "Sosial şəbəkələrdə xoncada "V" və "İ" hərflərinin nişan üzüklərinə bağlanmış fotonu paylaşmışam. Buna görə, dünəndən telefonlarım susmur. Hər kəs mənim nişanlandığımı düşünür. Lakin mənim yox, qardaşım Vüsalın xeyir işidir. Ona uzun müddət idi ki, yaxşı qız axtarırdıq. Nəhayət ki, istədiyimiz xanımı tapdıq. Belə xoş gün bütün subaylara qismət olsun".




Paylaş: