Niyam Fatih Erkoçla eyni səhnədə
Tarix: 11-06-2018, 08:35




Bir müddətdir Türkiyəyə köçüb orada restoran açan Niyam Salami ötən gün türkiyəli ifaçı Fatih Erkoçla eyni səhnəni paylaşıb. 

UlduzumSan.Az-ın məlumatına görə, Bodrumdakı klubların birinin qonağı olan türkiyəli müğənni Fatih Erkoçu dinləməyə gələnlər arasında müğənni Niyam Salami də  yer alıb.
Fatih Erkoç azərbaycan həmkarını səhnəyə dəvət edib. Cütlük türkiyəli qonağın istəyi ilə Fatihin mahnılarından birini duet şəklində oxuyub.

Möhtəşəm səsləri ilə bilinən iki məşhur ifaçının çıxışı alqışlarla qarşılanıb. 
 
Qeyd edək ki, Niyam Salami Ramazan bayramında Şahdağda konsert verəcək. Tədbir iyunun 17-də baş tutacaq. 




Paylaş: