“Renadan nə istəyirsiniz...” – Renkanın müdafiəsinə qalxdı
Tarix: 9-06-2018, 10:16



ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” proqramının növbəti qonaqları rəqqasələr Aytən Əliyeva, Aygün və Simona Əmir olub.
UlduzumSan.Az xəbər verir ki, ARB TV-nin efirində rəqqasələr arasında qalmaqal yaşanıb.
" Renka ilə üz-üzə gəlirəm, "salamımız" yoxdur. Renka sosial şəbəkədə məni bloka atıb, mən də onu atmışam. Azərbaycanda rəqqasə yoxdur, heç bir rəqqasəni bəyənmirəm" deyən rəqqasə Səidənin cavabını verdilər.
Belə ki, rəqqasə Aytən Səidəyə səslənib: "Tutular Rena... Bu Renadan nə istəyirsiniz? Rena başını aşağı salıb işləyir. Rena heç birinizinin adını çəkmir. Səidə gogo rəqqasi olub, orientalda təzədir, çox  kömək olmuşam Səidəyə. Səslənirəm Səidəyə heç kimlə heç bir rəqqasə ilə işin olmasın".
Həmkarı Aygünü də həvəskar rəqqasə adlandıran və onu bəyənməyən Səidəyə Aygünün də cavabı gecikməyib: "Səidə xanım Renka qədər populyar deyil, gəlsin Renka səviyyəsinə çatsın sonra danışar".

Paylaş: