Meyxanaçı Samirədən Pərvinə qalmaqallı sözlər: “Altdan-altdan iş görür”
Tarix: 8-06-2018, 16:46



Meyxanaçı Samirə Yusifqızı “Maşın şou” iştirakçılarının gizli qruplaşmalarından danışıb.
Yenicag.az-a açıqlama verən Samirə şounun ən maraqlı iştirakçılarını sadalayıb:
“Şounun qaydası belədir ki, səs-küy, dava-şava olsun, yoxsa ki, başqa cür adama ləzzət eləmir. Bu layihəyə sponsorlar pul ayırıb, istəyirlər ki, qazanc da əldə etsinlər. Yoxsa ki, onları o cür oteldə, yeyib-içib, kef etməyə yığmayıblar ki… Mən özüm də şounun iştirakçısı olmuşam, orada elə şeylər baş verir ki, əsəbdən az qalırsan partlayasan. Şou belə olmalıdır da. Mətanət Əliverdiyeva, Aytən Səfərovanın oyun tərzini çox bəyənirəm. İstəməzdim Mətanət çıxsın. Hərçənd Aytəni də çox “baltaladılar” ki, niyə birini göstərib, başqasını çıxardıb. Hər kəsin oyun qaydası var, özü bilər. Onu qınamıram da. Pərvinin oyunu tam fərqlidir. Keçən şouda Pərvin çox aktiv idi, davalarda, qruplaşmalarda iştirak edirdi, dostlarını müdafiə edirdi. Amma indi sakit mövqe tutub. Yəqin ki, “bicləşib”, altdan-altdan iş görür. Ola bilməz ki, qruplaşmalarda olmasın. Ortada bilmədiyimiz çox şey var ki, onu bir özü bilir, bir də Allah. Mən onu çox istəyirəm, gözəl qızdır. Amma gözəllik də hər şeyi həll eləmir. Şouda gərək yaxşı oyun nümayiş etdirəsən. Abbas Bağırov da sakit mövqe nümayiş etdirir. Ağıllı oğlandır, özünü pis eləmək istəmir. Amma bu şoudursa, gərək özünü göstərəsən. Məndən olsa, hərəsinə bir maşın alıb verərdim, çıxıb gedərdilər”.



Paylaş: