Şəbnəm Tovuzlu mahnı oxuya-oxuya yol hərəkəti qaydalarını pozdu -Video
Tarix: 24-07-2017, 11:21

 
Müğənni Şəbnəm Tovuzlu bu dəfə sənəti ilə yox, yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə gündəmə gəlib. 

Ulduzumsan.Az Avtosfer.az-a istinadla xəbər verir ki, müğənni sosial şəbəkədə video paylaşaraq avtomobildə mahnı oxuduğunu nümayiş etdirib. Hadisə baş verən vaxt avtomobili başqa bir xanım idarə edib. Onların hər ikisi təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, Şəbnəm Tovuzlu video çəkərkən sürücünün diqqətini yayındırıb.

İnzibati Xətalar Məcəlləsinə görə, sükan arxasında olan sürücünün diqqətini yayındırmaq 40 manat cərimələnmə ilə nəticələnə bilər. Bundan əlavə, Şəbnəm Tovuzlu sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 30 manat cərimə olunmalıdır.

Cərimələr bir yana, onun bu hərəkəti olduqca təhlükəlidir. Sürücünün diqqətini yayındırdığı üçün hər an qəza baş verə bilər. Elə buna görə də, sosial şəbəkələrdə yayılan bu videoya belə şərhlər yazılıb: “Vaxtınız olanda yola da baxın ki, kimisə bədbəxt etməyin”.

VİDEO BURADA​​​

Paylaş: