Mətanət: “Məni heç bir zaman həzm edə bilməyib”
Tarix: 8-06-2018, 15:57



“Yarışda olanları görəndən sonra dedim ki, “Kül başına Mətanət, sən hara gəlib düşmüsən”. Yaxşı ki, o insanları tanıdım və onu da qeyd edim ki, bu adamlar mənim verilişimdə heç bir zaman qonaq olmayacaqlar”.
Primetime.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “10dan sonra” verilişində qonaq olarkən söyləyib:
“Mən orada heç kimə nə can dedim, nə də can eşitdim. Hətta orada müğənni Roza Zərgərli ilə bir ara söhbətimiz oldu. Sonradan hər şey düzəldi. Mənim davam bir nəfər ilə idi. 1997-ci ildən tanıdığım bir insan, hansı ki, məni heç bir zaman həzm edə bilməyib, elə orada da həzm edə bilmədi. Mən heç kimin boyunduruğu altında iş görmədim. Kişi olmaq da bu həyatda çox çətin imiş. O dörd hərfi daşımaq hər kişinin işi deyil”. Mətanət aparıcı Aytənin səs toplayıb onu çıxarmamağından da söz açıb: “O da bir oyun oldu. Özünə dedim ki, səs toplamışdın, çıxarardın. İki addımdan bir “Mən səni oyunda saxladım” demək lazım deyil. Yaxşılığı edəndə onu qabartmaq lazim deyil”.

Paylaş: