İTV: “Dünya Çempionatının oyunlarına məhz bizim kanaldan baxılmasına çalışacağıq!”
Tarix: 8-06-2018, 12:05



Futbol üzrə növbəti Dünya Çempionatının başlamasına sayılı günlər qalıb. İyunun 14-də Rusiya paytaxtı Moskva şəhərində açılışı olacaq mundial iyulun 15-də yekunlaşacaq. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək.


Qeyd edək ki, Dünya Çempionatının oyunlarını Azərbaycanda əsasən İctimai Televiziya (İTV) yayımlayacaq. Bununla yanaşı, "İdman-Azərbaycan" və "CBC Sport" TV də bəzi oyunlara yer ayıracaq. 


Maraqlıdır, İTV şempionatla bağlı nələr planlaşdırıb?
 
İctimai Televiziyadan Modern.az saytına verilən məlumata görə, Dünya Çempionatı ilə bağlı telekanalda 44 oyunun yayımı planlaşdırılır:
“O cümlədən bizim Moskvada əməkdaşımız olacaq. Hansı ki, hər oyundan əvvəl və oyundan sonra canlı yayımlar reallaşacaq, müsahibələr, müxtəlif materiallar efirə veriləcək. Əməkdaşımız akkreditasiyadan da keçib. Həmçinin, futbola marağı olan qonaqlar, ictimai xadimlər çağıracağıq. Yerli əhalinin məhz bizim kanaldan Dünya Çempionatına baxması üçün əlimizdən gələni edəcəyik”.

Paylaş: