Məşhur model yeni sevgilisi ilə görüntüləndi
Tarix: 8-06-2018, 11:06



ABŞ-ın məşhur modellərindən olan Kendall Jenner yeni sevgilisi ilə görüntülənib. Belə ki, o,  “2018 CFDA” moda mükafatları mərasimindən sonra Nyu-Yorkda təşkil olunan partidə digər modellər – Gigi və Bella Hadid bacılarının 18 yaşlı qardaşı Ənvər Hadidlə birlikdə kameralar tərəfindən görüntülənib.
22 yaşlı modelin özündən 4 yaş kiçik biriylə səmimi pozada görülməsi sosial medianın diqqət mərkəzində olub. Jenner öz “İnstagram” hesabında partidə olarkən Ənvər Hadidin əlini göstərən foto paylaşıb.
Kendall Jenner və Gigi Hadidin uzun müddətdir ki, yaxın dost olduqları bilinir. K. Jenner 2016-ci ildə hələ 16 yaşında olan Ənvər Hadidlə fotosunu paylaşaraq “Aşiqlər”  şərhini yazmışdı.
Qeyd edək ki, modelin adı keçən həftə NBA ulduzu Ben Simmons ilə hallanıb.



Paylaş: