Qəzaya düşən Eltondan AÇIQLAMA
Tarix: 7-06-2018, 12:51



Xəbər verdiyimiz kimi , bu gün müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.
Primetime.az xəbər verir ki, Xəzər TV-də canlı yayımlanan “Hər şey daxil” verilişi sənətçi ilə telefon bağlantısı qurub:
“Məlumat doğrudur. İndi hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Biri-iki yerdə əziklərim var. Hamı zəng edib maraqlanır. Başa düşdüm ki, məni necə çox sevirlər. Mənə görə narahatçılıq keçirən çox olub”.

Paylaş: