Qəzaya düşən müğənni Eltonla bağlı - Xəstəxanadan açıqlama
Tarix: 7-06-2018, 12:32

1 saylı Şəhər Kliniki Xəstəxanası müğənni Elton Hüseynəliyevin səhhəti ilə bağlı açıqlama verib.
Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, sənətçi müayinə olunub və evə buraxılıb:
“Həkimlər baxdı, vəziyyəti yaxşı idi. Heç bir zədə almayıb. Ona görə də evə buraxıldı”.
Qeyd edək ki, müğənni Elton Hüseynəliyev səhər saatlarında yol qəzasına düşüb. O, idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Paylaş: