"Belə bir deyim var: ”aktyor qəlbi oynanılmayan rolların məzarlığıdır”"
Tarix: 26-05-2017, 09:32



Bu gün Azərbaycanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Novruzun 62 yaşı tamam olur. Tamaşaçıların daha çox Həzi Aslanovdan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filmindəki baş rolla tanıdığı aktyor teatr və kinoda ümumilikdə 100-ə yaxın obrazı canlandırıb. 

Xalq artisti Moderator.az saytına açıqlamasında özünün ad günü təəssüratı ilə yanaşı, gələcəkdə yaratmaq istədiyi rollardan da danışıb:

“Aktyor üçün ən maraqlı olan məsələ heç vaxt köhnəlməməyi, hər zaman lazımlı olduğunu hiss etməlidir. Qocalmaq olar. Amma yaşlaşmaq yox. Mən 25-30 yaşlarında cavanlar görürəm ki, artıq özlərini yaşlaşmış insanlar kimi aparırlar. Ən vacibi özünün gərəkli olduğunu qorumaq, kino üçün, teatr üçün hər zaman vacib kadr olmağındır. Hansı aktyor ki, deyir, bundan sonra oynamaq istədiyim rollar yoxdu, deməli, o tükənib. O, artıq aktyor deyil. Dünya klassikasında, dramaturgiyasında həddindən artıq gözəl rollar var ki, onları hər an oynamaq istəmişəm. Bu arzum hələ də qalır. Belə bir deyim var: ”aktyor qəlbi oynanılmayan rolların məzarlığıdır”. Bizim də hələ oynamaq istədiyimiz çox rollar var”.

Aktyor onub yeni yaşında təbrik edənlər də danışıb. Onların arasında kiçik qəhrəman da var:

“Orijinal təbrikləri ATV-nin aparıcısı Mətanət xanımdan, Space Radionun aparıcısı Tural bəydən aldım. ASAN Radio da məni yaxşı təbrik etdi. Sağ olsunlar, hamınız sağ olun. Elə siz də sağ olun ki, səətə hörmət göstərirsiniz. Bu gün məni ilk olaraq qızım təbrik etdi. Amma ümumiyyətlə, ad günümlə bağlı ilk təbriki dünən saat 12-ni keçən kimi 10 gün bundan əvəvl anadan olan ilk nəticəmdən aldım. Onun adı ilə zəng vurub, məni təbrik etdilər. Əslində, bu bir oyun idi. Amma yenə də çox gözəl alınmışdı”.


Paylaş: