Şakira ilə Pikenin evini yardılar
Tarix: 6-06-2018, 15:56



“Barselona” klubunun müdafiəçisi Jerar Pike ilə müğənni Şakiranın evini yarıblar.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin Espluqes-de-Lyobreqat səmtində baş verən hadisə zamanı evdən zinət əşyaları, saatlar və mebel çıxarılıb.
 
Cütlüyün hadisə zamanı evdə olmadığı bildirilir. Pike İspaniya millisinin tərkibində Dünya Çempionatına hazırlaşır, Şakira isə Almaniyada qastrollardadır.

Paylaş: