Niyam Şahdağda, Günay Bakıda
Tarix: 6-06-2018, 08:38



Müğənni Niyam Salami  və "Kristal" qrupunun keçmiş solisti Günay Əzimova eyni gündə konsert proqramı ilə çıxış edəcək.
 
UlduzumSan.Az xəbər verir ki, hər iki müğənninin konserti iyunun 17-də gerçəkləşəcək. Eyni günə təsadüf etsə də, konsert üçün ayrı-ayrı məkanlar seçilib.
 
Qeyd edək ki, müğənni Günay Əzimovanın Şıxovda dəniz kənarında  baş tutacaq gecədə  müğənni Fərhad Xəlif  də çıxış edəcək. 17 iyun tarixində həmçinin müğənni Niyam Salaminin Şahdağda konserti baş tutacaq.

Paylaş: