Vaqif Səmədoğlu nədən nigaran gedib? - Həyat yoldaşı danışdı
Tarix: 5-06-2018, 15:11



Bu gün xalq şairi mərhum Vaqif Səmədoğlunun doğum günüdür.
Şairin həyat yoldaşı Nüşabə Vəkilova AzNews.az-a açıqlamasında Vaqif Səmədoğlunun arzusunu açıqlayıb:
“Səhər tezdən hamılıqla Fəxri Xiyabana getdik, Vaqif müəllimi ziyarət etdik. Axşam da bütün ailə ilə birgə onu yad edəcəyik.
Aradan xeyli vaxt keçib. Sevdiyin, istədiyin adam üçün zaman yoxdur. Bu illər ərzində sevdiyim şəxs həmişə yanımda olub. Onu bir an da olsa unutmadıq. Vaqifsiz mənə çox çətindir. İlbəil bu çətinlik daha da böyüyür. Hər dəqiqə, hər saniyə onun yeri bilinir. Vaqif müəllim həmişə deyərdi ki, “sevmək əməldədir”. Vaqif mənim daxilimdədir. Ondan sonra ailə yükü mənim çiyinlərimdədir. Bütün çətinliyi də aşmağa çalışıram. Bu gücü mənə o verir. Vaqifin həyata keçməyən arzuları vardı. Həmişə deyərdi ki, “Nüşabə, mən bu həyatdan nigaran gedəcəm. Məndən sonra ailəm necə olacaq, bilmirəm”. Bu, onun ən böyük nigarançılığı idi.”
Qeyd edək ki, Vaqif Səmədoğlu uzun sürən xəstəlikdən sonra 2015-ci il yanvarın 28-də dünyasını dəyişib. Şair Birinci Fəxri Xiyabanda dəfn olunub.

Paylaş: