Tanınmış teatrşünas alim İnqilab Kərimovun anım günüdür
Tarix: 22-07-2017, 12:18


Sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü İnqilab Kərimovun anım günüdür.
Ulduzumsan.Az-ın məlumatına görə, İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb. 1957-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Burada kiçik elmi işçi, baş elmi işçi  olub. Həmin institutda teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində işləyib.
1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edib. 1963-cü ildə Azərbaycanda namizədlik,1988-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edib.Sənətşünaslıq doktoru  2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilib.
Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı 200-ə yaxın elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifi olub. Onlarla elmi əsəri Azərbaycan və rus dilində çap edilib.
Mətbuatda "İnqilab" imzası ilə çıxış edib.
İnqilab Kərimov 2011-ci ildə uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. 

Paylaş: