Günay Xatirəyə cavab verdi: “Mənim kontaktımda olan müğənnilərə özüm zəng edirəm”
Tarix: 4-06-2018, 15:36



Xəbər verdiyimiz kimi, müğənnilər Xatirə İslam və Günay İbrahimli arasında inciklik yaranıb.
 
Primetime.az-a açıqlama verən İbrahimli Xatirə ilə münasibətlərinin yaxşı olduğunu bildirib:
“Mənim ifamı bəyənib, öz fikirlərini deyib və 5-ci yerdə qərarlaşdırıb. Amma zəng məsələsindən xəbərim yoxdur. Mənim kontaktımda olan müğənnilərə özüm zəng edirəm. Bəlkə də, prodüser zəng vurub, amma mən xəbərsiz olmuşam. Belə göstəriş verməmişəm”.

Paylaş: