Manana Eminin konsertində
Tarix: 2-06-2018, 12:07



Xalq artisti Emin Ağalarov ilk dəfə Gürcüstanda konsert verib.
"Ölkə.Az"ın  məlumatına görə, izləyicilər  arasında əməkdar artist Manana da olub. Manana konsertə qızı Elizabetlə birlikdə tamaşa edib. 
Eminin ifalarını dinləyən Manana və qızı daha sonra səhnə arxasına keçərək onu təbrik edib, onunla şəkillər çəkdirib. Fotolarını öz sosial hesabında  paylaşan ifaçı "Tiflis şəhərində bizim çox dəyərli Eminin möhtəşəm konserti. Gözəl bir performans üçün təşəkkürlər" sözlərini yazıb. 

VİDEO BURADA​​​

Paylaş: