Rus model qaşları ilə hamının diqqətini çəkib – FOTOLAR
Tarix: 2-06-2018, 10:39



Rusiyalı model Ancelika Protodyakonova qaşları ilə diqqət çəkir.
Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, 21 yaşlı model qaşlarının formasını “Angry birds” oyun personajından ilhamlanıb. Əslində onun qaşları qalın olub və əvvəllər buna görə utanıb.
Ancaq daha sonra insanların bunu pis qarşılamadığını görərək, qaşların daha qalınlaşdırıb və bütün alnını qaşdan ibarət edib. “İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi şəkilləri ilə də tezliklə insanların diqqətini cəlb edib və özünə 90 min daimi izləyici toplayıb. Hazırda bir çox məhsulun reklamı üçün ona müraciət edirlər.
Ümumiyyətlə, fərqli qaş formasına sahib olmaq son zamanların dəbidir. ABŞ-da yaşayan Cənubi Kipr Respublikasından olan Sofiya Hadjipanteli də qalın qaşları ilə diqqət çəkir. Hətta qaşlarına görə ölümlə hədələndiyini bildirir. Digər bir “İnstagram” fenomeni Hanna Layn alnına doğru uzatdığı oval şəkilli qaşları ilə bütün diqqətləri üzərinə çəkir.



Paylaş: