Məşhur model sevgilisi tərəfindən döyüldü
Tarix: 1-06-2018, 16:15



32 yaşlı model Marta Dolak sevgilisi Maykl Gudvin tərəfindən əsir götürülüb. Belə ki, 30 yaşlı sevgilisinin Cənubi Londonda yerləşən evinə gedən qadın vəhşicəsinə döyülüb. Bir gözü kor olan və kəllə sümüyündə çatlar əmələ gələn Dolak, sevgilisi tərəfindən 21 saat evdə zorla saxlanılaraq işgəncəyə məruz qalıb.
M. Gudvinin bir anlıq otaqdan çıxmasından faydalanan qadın, yaralarını göstərən selfi çəkərək dostuna göndərib. Dostunun polisə xəbər verməsi nəticəsində qadın evdən xilas olunub.
Polis əməkdaşları tərəfindən həbs olunaraq məhkəməyə çıxarılan Maykl Gudvin 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Prime-Time



Paylaş: