Əməkdar artist Türkiyədə açılan Qarabağ parkından danışdı- “Sevincimdən göylərin zirvəsindəyəm”
Tarix: 22-07-2017, 11:02


Bu gün Türkiyənin Aksaray şəhərində salınan Qarabağ parkının açılışı olacaq.
AzNews.az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib. Onun sözlərinə görə, parkın yerləşdiyi küçəyə Qarabağ adı veriləcək:
“Sevincimdən göylərin zirvəsindəyəm. Allahdan bir istəyim var. Bu xöşbəxtliyi çox yaxın zamanda Qarabağımızın özündə yaşayaq”.
Aybəniz Haşımova qeyd edib ki, parkın açılışı münasibəti ilə böyük konsert proqramının keçirilməsi nəzərdə tutulub:
“Qızım Aynişan, rəhbəri olduğum “Sənət akademiyası”nın tələbəsi Nicat Caniyev və gözəl mügənnimiz İlham Əskəroğlu çıxış edəcək”.


Paylaş: