Təranə niyə susur? - Həbs edilə bilər
Tarix: 1-06-2018, 11:49



3 ildir davaları bitməyən Nazənin və Təranə Qumralın növbəti məhkəməsi baş tutub. UlduzumSan.Az-ın məlumatına görə, Təranəyə cinayət işi açılıb.
İstintaq zamanı Təranə İbrahimovaya Cinayət Məcəlləsinin ittiham elan edilib və onun barəsində başqa yerə getməmək barədə qəti iltizam qəti imkan tədbiri seçilib.
Nazənin Salayevanın hüquqlarını müdafiə edən “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev proseslər barədə ətraflı açıqlama verib: “Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi olub. Həmin qətnaməyə görə, Təranə İbrahimova Nazənin Salayevadan və sonuncunun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməlidir, eləcə də onların barəsində təkzib verməlidir. Bir ildən artıqdır ki, məhkəmə qətnaməsi icra məmurunun icraatında olub. Dəfələrlə Təranə İbrahimovaya xəbərdarlıq edilib. Lakin qətnaməni qərəzli olaraq icra etmədiyi üçün icra məmuru tərəfindən yoxlanmış müvafiq materiallar təqdimatla birlikdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib. Artıq bu ilin əvvəlində Təranə İbrahimova barəsində cinayət işi başlanıb. İstintaq zamanı Təranə İbrahimovanın əməlində qərəz müəyyən olunub və bu səbəbdən də barəsində 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub. İstintaq materialları baxılması üçün Narimanov rayon məhkəməsinə göndərilib. T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər".
Nazənin Salayevanın hüquqlarını müdafiə edən “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev proseslər barədə ətraflı açıqlama verib:
“Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi olub. Həmin qətnaməyə görə, Təranə İbrahimova Nazənin Salayevadan və sonuncunun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməlidir, eləcə də onların barəsində təkzib verməlidir. Bir ildən artıqdır ki, məhkəmə qətnaməsi icra məmurunun icraatında olub. Dəfələrlə Təranə İbrahimovaya xəbərdarlıq edilib. Lakin qətnaməni qərəzli olaraq icra etmədiyi üçün icra məmuru tərəfindən yoxlanmış müvafiq materiallar təqdimatla birlikdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib. Artıq bu ilin əvvəlində Təranə İbrahimova barəsində cinayət işi başlanıb. İstintaq zamanı Təranə İbrahimovanın əməlində qərəz müəyyən olunub və bu səbəbdən də barəsində 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub. İstintaq materialları baxılması üçün Narimanov rayon məhkəməsinə göndərilib".
H. Qarayevin sözlərinə görə, T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər.
Məsələ ilə bağlı Təranə Qumralın fikirlərini öyrənmək istədik. Lakin cəhdlərimiz boşa çıxdı. Belə ki, sənətçi nömrəmizi bildiyi halda dəfələrlə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab vermədi.

Paylaş: