Estetik etdirdiyini boynuna almadı
Tarix: 1-06-2018, 10:36



Fələstin əsilli məşhur model Bella Hadid  hər kəsi təəccübləndirən açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, Viktoriya Sekretin 21 yaşlı mələyi dəfələrlə estetik prosedurlara əl atsa da, bunu təkzib edib. 
 
O, yeniyetməlik dövründə çirkin və artıq çəkili olduğunu və məşhur model bacısı Gigi Hadinin gözəlliyini qısqandığını bildirib. 
Bella burunu kəsdirməsinə baxmayaraq, xarici görünüşünü dəyişdirmədiyini deyib:
“İnsanlar indi gözəlliyimi estetik prosedurlara borclu olduğumu söyləyir. Amma üzümü bir analiz edin. Dodaqlarım həmişə belə dolu olub.  Çünki üzümə, dodağıma iynə vurdurmaqdan çox qorxuram. Burnumun və çənəmin yaxşı görünməyi üçün makiyajı doğru elətdirirəm”. 








Paylaş: