“Maşın”da bir neçə iştirakçı əlini götürdü – Səbəb
Tarix: 31-05-2018, 17:45



Qalmaqalları ilə gündəmə gələn "Maşın” şouda baş verənlər yenidən diqqət mərkəzinə düşüb.

Dünən meyxanaçı Ələkbər Yasamallı oyunun qaydalarını pozduğu üçün yarışmanı tərk etmək məcburiyyətində qalıb. Belə ki, əlini maşında çəkən iştirakçının görüntüləri mediada yer aldıqdan sonra şoumen Murad Dadaşov ona "maşın əldən getdi” deyib.

Bu dəfə isə sosial şəbəkələrdə verilişin ilk günündən meyxanaçı ilə mübahisə edən müğənni Əli Mirəliyevin avtomobilin üzərindən əlini çəkdiyini özündə əks etdirən video yayılıb.

Əslində həmin videoya diqqətlə baxsaq iştirakçıların bir neçəsi eyni hərəkətə yol verib.

Baş verənlərlə bağlı şounun mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli ilə əlaqə saxlanılıb. O, saytımıza açıqlamasında bildirib ki, burada iştirakçılar qaydalardan kənara çıxmayıb: "Mən həmin kadrlara baxdım. Burada qonq səsi verilməyib. Ona görə iştirakçıların əlini maşının üzərindən götürməsində heç bir problem yoxdur”.
 
///Minval.info

Paylaş: