Elnur daun sindromlu uşaqlar üçün oxudu
Tarix: 31-05-2018, 17:29



Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert keçirilib. 
UlduzumSan.Az-ın məlumatına görə, konsertdə Baş İdarəsinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Bakı şəhər mədəniyyət müəssisələrinin direktorları və başqa qonaqlar iştirak ediblər.
Tanınmış estrada müğənnisi Elnur Məmmədov sevilən mahnılarından ibarət konsert proqramı ilə uşaqlara bol sevinc bəxş edib. Həmçinin, “Səma” və “Xan” rəqs qruplarının çıxışları hər kəsdə xoş ovqat yaradıb.

Paylaş: