Mənsum İbrahimovun səsi batıb? — AÇIQLAMA
Tarix: 31-05-2018, 15:05



Xalq artisti Mənsum İbrahimovun səsinin batması xəbəri yayılıb.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Küveyt səfəri zamanı sənətkarın səhhətində problem yaranıb və o, səsini itirib. İddialara inansaq, həkimlərin müdaxiləsi nəticəsində xalq artisti allergiyadan xilas olsa da, hələlik səsi bərpa edilməyib.
Əməkdaşımız sözügedən məsələylə bağlı M.İbrahimovun özü ilə əlaqə saxlayıb. Sənətkar xəbəri qismən təsdiqləyib:
"Ciddi bir şey deyil, yaz fəsliylə əlaqədar allergiya olmuşdum. Keçib getdi, hər şey qaydasındadır".
Qeyd edək ki, M.İbrahimov Küveytdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış üçün bu ölkəyə səfər etmişdi.

Paylaş: