Tarix Əliyev: “Əməkdar artistdir, gəlsin otursun boynumda”
Tarix: 31-05-2018, 12:16



“Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyev son günlər cəsarətli açıqlamaları ilə gündəmdədir.
O, aparıcısı olduğu verilişin bu dəfəki buraxılışında qonaq qismində iştirak edən Tahirə Məmmədqızının “titul alan sənətçiləri müzakirə etməyə ehtiyac yoxdur” deməyinə belə  cavab verib:
“İstəyir xalq artisti olsun, istəyir əməkdar artist olsun. İlhamə xanımla aramda çox problemlər olub. Ölünün arxasınca danışmıram. O nə deməkdir, əməkdar artistdir deyə heç nə demək olmaz? Əməkdar artistdir, gəlsin otursun boynumda. Hər kəs yerini bilməlidir ki, ona hörmət olunsun”-, deyə prodüser qeyd edib.
Prime-Time

Paylaş: