Flora Kərimova “Qayınana”nı oynayacaq
Tarix: 31-05-2018, 09:30



Xalq artisti Flora Kərimova “Qayınana 2018” filminə çəkilir. “Qafqazinfo” xəbər verir ki,  ekran işində müasir qaynanani tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı ve elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur. 
Maraqlı ssenarisi olan layihənin çəkilişlərinə artıq start verilib.  Kinoda xalq artisti ilə yanaşı Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva , Azum Oqocukvo Joy və başqaları rol alıb. Epizodik səhnələrin birində isə “Papito”  mahnısının ifaçısı, rumıniyalı müğənni Seeya da çəkilib.

Qeyd edək ki, ilk “Qayınana” 1978-ci ildə çəkilib.  F. Kərimovanın həmin kinoda ifaları səsləndirilib.

Paylaş: