İTV-nin baş direktoru vəzifəsinə seçkinin vaxtı açıqlanıb
Tarix: 30-05-2018, 17:41



Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə keçiriləcək seçkinin vaxtını açıqlayıb.
 
MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, İTV-nin baş direktoru vəzifəsinə seçki iyunun 1-də keçiriləcək.
 
Aparat rəhbəri qeyd edib ki, seçki MTRŞ-da baş tutacaq.
 
Qeyd edək ki, Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı - Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

Paylaş: