Kendall bu dəfə onunla sevgili oldu
Tarix: 30-05-2018, 15:49



Amerikanın məşhur TV ulduzu, model Kendall Cenner şəxsi həyatı ilə gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, ötən il NBA ulduzu Bleyk Griffinlə eşq yaşayan Kendall yenə də NBA üzvü ilə sevgili olub. 
O, bir neçə həftədir ki, basketbolçu Ben Simmons ilə münasibətdədir. Bu barədə məşhur “Page Six” xəbər portal məlumat yayıb. 
Bildirilib ki, onlar bir neçə dəfə Nyu-York və “Beverly Hills Hotel”də görüntüləniblər. 
Qeyd edək ki, Cenner və keçmiş sevgilisi arasında soyuqluq Bleykin “Los Angeles Clippers”dan  “Detroit Pistons”a transfer olduqdan sonra  yaranmışdı.  







Paylaş: