Könül Kərimova efirdə ağladı: “Şokdayam”
Tarix: 30-05-2018, 14:56



Əməkdar artist Könül Kərimova “5\5” verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, fəxri ada layiq görülməsindən danışan müğənni göz yaşlarını saxlaya bilməyib: “Nəhayət ki, fəxri ada layiq görüldüm. Prezidentimizə çox təşəkkür edirəm. Bu adı illərdir ki, gözləyirdim, şokdayam, sevincimdən ağladım. Yuxudan oyanmamışdım. Telefonum susmurdu, ağlıma o qədər pis şeylər gəldi ki…
Telefonu götürüb ilk zəng edənə zəng vurdum. Ilk zəng edən Nüşabə Ələsgərli idi. Kövrəlmək istəmirəm, hər dəfə adlar çıxanda adımı siyahıda axtarırdım. Bəziləri inanmırdı ki, fəxri adım yoxdur. Çoxları məni əməkdar artist kimi təqdim edirdi. O ad çox qiymətli və şərəflidir”.

Paylaş: