"Ay Nadir, mən səni tanıyıram axı hardan gəlmisən, sən kimsən axı..." - Xalq artisti
Tarix: 29-05-2018, 12:47



Xəbər verdiyimiz kimi, dünən müğənni Nadir Qafarzadə fəxri ad almadığına görə sərt etirazını bildirib. Sənətçi instagram hesabında bir neçə video paylaşaraq Fəxri ad alanların bu ada layiq olmadığını deyib və bu siyahıya düşə bilmədiyindən gileylənib.

UlduzumSan.Az unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkədə Nadir Qafarzadənin sözügedən xəbərə xalq artisti Ramiz Məlik "Nadir bu xalqı, vətəni sevməyən, nifrət edən bir adamdır!Ona niyə versinlər!" deyə rəy yazıb.

Məsələ ilə ilə bağlı Unikal.org-a açıqlama verən xalq artisti Ramiz Məlik Nadir Qafarzadənin fəxri ada layiq olmadığını bildirib:

"Nadir bir çıxışında deyirdi ki, mən türkləri sevmirəm, türk deyiləm, türklərə nifrət edirəm. Bu adam indi başlayıb ki, mənə niyə fəxri ad vermirlər. Fəxri ad vermək möhtərəm prezidentin səlahiyyətində olan məsələdir. O məsələyə heç kim müdaxilə edə bilməz. Ay Nadir, mən səni tanıyıram axı hardan gəlmisən, sən kimsən axı. Necə oxumusan, nələrdən çıxmısan. Anan çörək bişirib satır, amma sən milyonlar qazanıb, ona bir qəpik də vermirsən. Hanı sənin oğulluğun? Nadir başlayıb həyasızlıq etməyə. Sən cənab prezidentin qərarına qarşı çıxırsan? Kimə nə ad veriblər deməli layiqdir ki, veriblər. Sən özünü normal aparaydın, səni də fəxri ada layiq bilərdilər.Özüvü niyə əjdaha hesab edirsən? Sən əjdaha ola bilməzsən axı. Sən heç əjdahanın quyruğu da deyilsən. Hər kəs öz yerini bilməlidir. Sən xalqı təhqir et, sonra da fəxri ad tələb elə?"



"Ay Nadir, mən səni tanıyıram axı hardan gəlmisən, sən kimsən axı..." - Xalq artisti

Paylaş: