Fahriye Evcen kökəlib bu hala düşdü
Tarix: 29-05-2018, 10:16



Burak Özçivit və Fahriye Evcen dünən axşam Bebekdə restorandan çıxarkən görüntülənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorlar boşanmaq üzrə olmaları ilə bağlı çıxan şayiələrə münasibət bildirib. Psixoloq dəstəyinə ehtiyac duymadığını deyən cütlük vurğulayıb ki, əksinə münasibətləri çox yaxşıdır:
"Çox xoşbəxtik, elə bir dəstəyə ehtiyacımız yoxdur".
Burak Özçivit və Fahriye Evcen məkandan 2002 model “Grand Cherokee” markalı cipə minərək ayrılıb. Özçivit "Maşınınızı yeni almısınız?" sualına "Yeni almamışam, avtomobildə müəyyən dəyişikliklər etdik" deyə cavab verib.
Dəri şalvar və bəbir printli kapüşon geyinən Fahrye Evcen artıq çəkisi ilə diqqət çəkib.








Paylaş: