Məşhur model oğlunu balkondan atıb intihar etdi
Tarix: 25-05-2018, 13:16



“Playboy” jurnalının 1992-ci il buraxılışının üz qabığında olan ABŞ-ın məşhur modeli Stefaniya Adams 7 yaşlı oğlu Vinçetini qaldığı otelin balkonundan atıb. Bu dəhşətli hadisənin ardınca isə o, intihar edib.
S.Adamsın vəkili Raul Felder isə yaşanan hadisə ilə bağlı “açıqlana bilməyən şeylərdən biri” ifadələrini işlədib.
Qeyd edək ki, modelin oğlunu öldürərək intihar etməsi əri Çarlz Nikolay ilə boşanma ərəfəsində baş verib.
Prime-Time




Paylaş: